Gundemxeber.az » Dünya » Tramp özünü Kim Çen Inla əlaqə quran yeganə ABŞ lideri adlandırıb
Şimali Koreya lideri Kim Çen Inla əlaqə qurmağa müvəffəq olan yeganə ABŞ Prezidentiyəm.
Gundemxeber.org xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tram Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
“Kim Çen Inla yaxşı münasibətlərim var. Gördünüz ki, o, Baydeni bəyənmirdi. O, Barak Obamanı da bəyənmirdi. O, heç kimi bəyənmirdi, amma məni bəyənir", - deyə Amerika lideri bildirib.
Tramp əlavə edib: "Çox yaxşı yola gedirik. Əla görüşlərimiz olub. Danışırıq. Düşünürəm ki, ölkəmiz və digər ölkələr, - istər Yaponiya, istərsə də Cənubi Koreya olsun, - mənim prezident kimi yanımda başqası ilə müqayisədə daha təhlükəsizdirlər".
Qeyd edək ki, Donald Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb.
Gundemxeber.org
Dünən, 08:16
16-07-2018, 09:14
28-02-2019, 10:56
22-09-2017, 23:13
2-10-2025, 14:57
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?