Gundemxeber.az » Xəbərlərin siyahısı: 10.08.2026
Aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan Suraxanı rayonundakı 14 İyul, 10:00-dan Xəzər rayonundakı Sergey Yesenin, 18:00-dan isə Nəsimi rayonundakı Əbdülvahab Salamzadə küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qanunvericiliyə əsasən, yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən və iş vaxtından artıq işlərə, həmçinin istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. Bu barədə Gundemxeber. org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Sentyabrın 7-dən 9-dək Bakıda “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi keçiriləcək. Tədbir “Four Seasons” hotelində baş tutacaq. Gundemxeber.org xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq maliyyə təşkilatlarının, liman və dəmir yolu şirkətlərinin, nəqliyyat
Son vaxtlar Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradılaraq dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf
Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində bir sıra şəhərlərdə binaların dağıldığı, insanların öldüyü və xəsarət aldığı bildirilir. Gundemxeber. az BBC-yə istinadla xəbər verir ki, ölkənin Geologiya Xidmətinin məlumatına görə, 7,4 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:34-də (Qrinviç vaxtı ilə 12:34) ölkənin Çoko vilayətində 103 kilometr
Redaksiyamıza ziyalı müəllim tərəfindən ciddi bir müraciət daxil olub. İctimai maraq və maarifləndirmə məqsədini nəzərə alaraq, müəllifin şəxsi təcrübəsinə, müşahidələrinə və iddialarına söykənən həmin müraciəti hissə-hissə oxucularımızın diqqətinə çatdırırıq. Müraciət müəllifi bildirir ki, onu ictimaiyyətə açıqlama verməyə vadar edən əsas məsələ
Redaksiyamıza daxil olan məlumatlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yollayışların verilməsi ilə bağlı elektron sisteminin fəaliyyəti ətrafında ciddi suallar doğurur. Məlumatlarda iddia olunur ki, həmkarlar ittifaqı üzvlərinin, müharibə veteranlarının və əlilliyi olan şəxslərin yollayış əldə etməsi üçün yaradılmış
“Atena Aqropark”ı qeydiyyata alınıb, aqroparkın rezidenti “Atena Aqro Kompleks” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim olunub. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Nazirliyin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub. Yeni yaradılan “Atena Aqropark”
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, kiberpolisin həyata keçirdiyi tədbirlərlə saxlanılan Zaur Nərimanovun və onun qardaşı Fuad
Avqustun 12-si saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz əmək müqaviləsi ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, namizədlər elektron ərizə formalarında maksimum 8 vakant yer seçə bilərlər. Vakant
Sorğu
Yeni dizaynımız necədir?