Gundemxeber.az » Dünya » Media: Donald Tramp Kim Çen Inla görüşmək niyyətindədir
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp köməkçilərindən Şimali Koreya lideri Kim Çen Inla bu payızda görüşün təşkil olunmasını tələb edir.
Gundemxeber.org xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirildiyinə görə, Donald Tramp məsləhətçiləri ilə Asiyaya növbəti səfəri zamanı Kim Çen Inla üzbəüz danışıqlar aparmaq imkanını müzakirə edib. Belə ki, ABŞ Prezidenti noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə gedə bilər.
"The Wall Street Journal"ın məlumatına görə, Donald Tramp Kim Çen Inla görüşünü dialoqu bərpa etmək və onu nüvə proqramından imtina etməyə inandırmaq üçün fürsət kimi görür.
Eyni zamanda, vurğulanır ki, ABŞ və Şimali Koreya liderləri arasında görüş üçün hələlik rəsmi planlar müəyyən edilməyib.
Gundemxeber.org
22-09-2017, 23:13
9-03-2018, 11:00
16-07-2018, 09:14
28-02-2019, 10:56
2-10-2025, 14:57
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?