Gundemxeber.az » İdman » Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi
Azərbaycanın U-21 millisinin hücumçusu Lorenzo Mezzotero "Sampdoriya"nın əsas komandasında debüt edib.
Gundemxeber.org xəbər verir ki, 18 yaşlı futbolçu İtaliya B seriyasında "Yuve Stabiya"ya qarşı görüşün 87-ci dəqiqəsində meydana daxil olub. Bu, həm də Mezzoteronun B seriyasında ilk oyunu olub.
Qarşılaşma "Sampdoriya"nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Mezzotero hazırda "Sampdoriya"nın U-19 komandasının üzvüdür.
Xatırladaq ki, “Neftçi” Futbol Akademiyasının yetirməsi olan Mezzotero 2014-2020-ci illərdə Azərbaycanda yaşayıb.
Gundemxeber.org
23-08-2026, 16:29
17-08-2026, 11:07
22-11-2018, 16:40
19-06-2017, 13:48
17-08-2026, 11:37
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?