Gundemxeber.az » İdman » “Yuventus” Kolumbiya millisinin futbolçusunu transfer edib
İtaliyanın “Yuventus” klubu “Bolonya”nın və Kolumbiya millisinin mərkəz müdafiəçisi Con Lukuminin transferini rəsmən açıqlayıb.
Gundemxeber.org xəbər verir ki, 28 yaşlı futbolçu Turin təmsilçisi ilə 2030-cu ilədək müqavilə imzalayıb. Məlumata görə, transferin ümumi dəyəri bonuslar nəzərə alınmaqla 20 milyon avro təşkil edir.
Con Lukumi 2022-ci ildən “Bolonya”nın formasını geyinirdi. O, ötən mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Lukumi builki dünya çempionatında Kolumbiya millisinin 5 matçının hamısında tam heyətdə mübarizə aparıb.
Gundemxeber.org
6-08-2026, 19:26
23-06-2017, 13:06
9-08-2026, 09:18
22-04-2017, 10:46
29-07-2021, 15:08
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?