Gundemxeber.az » Xəbərlərin siyahısı: 13.08.2026 » Səhifə 4
Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib. Klubdan verilən məlumata görə, Gəncə təmsilçisi Desmond Akuanın keçidini rəsmiləşdirib. Belçikalı yarımmüdafiəçi ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb. Qeyd edək ki, Desmond Akua son olaraq Belçikanın “Dender” komandasında çıxış edib.
“Azərsun Holdinq” Azərbaycanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, yerli xammal bazasının genişləndirilməsi və bitki yağı istehsalında idxaldan asılılığın azaldılması istiqamətində yeni layihəyə start verib. Layihə çərçivəsində cari ildə Biləsuvar və Həkəri ərazilərində ümumilikdə 229 hektar sahədə günəbaxan əkini həyata keçirilib. Mövsüm
Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi məsələləri müzakirə olunub. İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazir Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Xinjiang Joinworld Co., Ltd.” şirkətinin baş direktorunun müavini Ma
Şəkidə ötən gecə yağan güclü yağışdan sonra bağlanan yol lil, qum və çınqıldan təmizlənib, nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə Şəki Şəhər-Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından məlumat verilib . Bildirilib ki, avqust ayının 12-dən 13-nə keçən gecə Şəki şəhəri ərazisində dağlıq ərazidə baş vermiş güclü yağışlar
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində tətbiq ediləcək yeni təmayül tədris modeli üzrə avqustun 13-dək 7 mindən çox X-XI sinif şagirdi elektron sistem vasitəsilə qeydiyyatdan keçib. İdarədən bildirilib ki, yeni təmayül tədris modeli üzrə qeydiyyat sentyabrın 1-dək davam edəcək.
“Meta” texnologiya şirkəti 16 yaşdan kiçik avstraliyalılara məxsus olduğu bildirilən 750 mindən çox hesabı blokladığını açıqlayıb. Gundemxeber. org xəbər verir ki, şirkət Avstraliyada sosial media qadağası tətbiq olunmazdan dərhal əvvəl, dekabr və iyun ayları arasında 462 minə yaxın şübhəli “Instagram” və 294 mindən çox “Facebook” hesabını
Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib. Kitabxanadan bildirilib ki, məlumat bazasında böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının Sərəncamı, “Əfzələddin Xaqani Şirvani”, “Tarixləşən ömür”, “Şair haqqında nəşrlər”,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə DSMF-dən məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Gundemxeber.org xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,07 dollar və ya 0,07 faiz azalaraq 95,5 dollar olub. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda
“Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi “Yenidən doğulan torpağın övladları” adlı yaradıcılıq master-klasları layihəsinin icrasına başlayıb. Təşəbbüsün əsas məqsədi Qarabağda və Şərqi Zəngəzurda doğma yurdlarına qayıdan uşaqların asudə vaxtını səmərəli və məzmunlu təşkil etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaqdır. Gundemxeber.
Sorğu
Yeni dizaynımız necədir?