Gundemxeber.az » Ölkə » Şəkidə yağışdan sonra bağlanan yol təmizlənib, hərəkət bərpa olunub
Şəkidə ötən gecə yağan güclü yağışdan sonra bağlanan yol lil, qum və çınqıldan təmizlənib, nəqliyyatın hərəkəti bərpa edilib.
Bu barədə Şəki Şəhər-Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından məlumat verilib .
Bildirilib ki, avqust ayının 12-dən 13-nə keçən gecə Şəki şəhəri ərazisində dağlıq ərazidə baş vermiş güclü yağışlar nəticəsində B.Vahabzadə küçəsinin şimal hissəsinə sel suları dağlardan 1000 kub metrə yaxın lil, qum-çınqıl gətirərək, böyük ərazidə yolu bağlayıb.
Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə baxış keçirməklə yanaşı, hadisə yerinə dərhal müvafiq təşkilatların maşın və texnikalarını, eləcə də canlı qüvvə cəlb edib. Operativ tədbirlər nəticəsində B.Vahabzadə küçəsi qum-çınqıldan və llildən təmizlənib, yolda hərəkət bərpa olunub.
Gundemxeber.org
2-06-2017, 00:02
2-06-2017, 17:57
14-07-2020, 12:44
19-09-2016, 12:13
30-05-2013, 11:18
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?