Gundemxeber.az » Dünya » Səhifə 1722
Mayın 28-nə keçən gecə Almaniyanın Deggendorf şəhərindəki miqrantlar üçün Bavariya tranzit mərkəzində alman polisi xüsusi əməliyyat keçirib, 4 nəfərdən ibarət azərbaycanlı ailəni və Syerra-Leonedən olan 6 nəfəri ölkədən qovub.
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan yay çağırışı dövründə orduda xidmət etməyə yollanacaq.
ABŞ-ın Bayden Mərkəzinin direktoru, müdafiə nazirinin keçmiş müavini Maykl Karpenter sensasion bəyanatla çıxış edərək bildirib ki, Kreml Ermənistanın demokratiyaya çevrilməsinə imkan verməyəcək. Çünki bu Kremlin maraqlarına birbaşa təhdiddir.
"İran təhlükəsizlik qüvvələri Birləşmiş Ştatlar və başqa düşmənlər tərəfindən istifadə edilə biləcək hər hansı iğtişaşa “qəti şəkildə müqavimət” göstərəcək." Bu açıqlamanı bazar günü ölkədə iqtisadi durumla əlaqədar keçirilmiş etiraz nümayişlərinin ardınca İranın Ədliyyə nazirliyinin sözçüsü Qulamhüseyn Möhseni Eceyi bildirib.
Millətçi Almaniya üçün Alternativ Partiyasının (AfD) tərəfdarları bazar günü Berlinin mərkəzində kansler Angela Merkel höküməti əleyhinə yürüş keçirib. Polis onları əks-nümayişçilərdən mühafizə edib.
Parisin şərq hissəsində minlərlə etirazçı sərt təhlükəsizlik tədbirləri fonunda nümayişlər keçirib. Bu, Fransanın həmkarlaq ittifaqları, solçu siyasi partiyalar və vətəndaş hüquqları qruplarının prezident Emmanuel Makronun iqtisadi siyasətinə etiraz çağırışlarından sonra baş verib.
Dövlət Departamenti ABŞ və Şimali Koreya rəsmilərinin Birləşmiş Ştatlar prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında mümkün zirvə görüşünü Panmuncomda müzakirə etdiyini təsdiq edib.
Hazırda Qarabağ münaqişəsi ətrafında hadiələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq olduqca mürəkkəbdir. Bu barədə “Amerikanın səsi”inə müsahibəsində amerikalı analitik Ceff Mankoff bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?