Londonun mərkəzində binada güclü partlayış baş verib.
gundemxeber.com APA-ya istinadən xəbər verir ki, partlayışa qaz sızması səbəb olub.
Qonşuluqdakı binaların sakinləri təxliyə edilib, yaxınlıqdakı küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.
Zərərçəkənlər barədə məlumat yoxdur. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib. İlkin versiyaya əsasən, insident terror aktı kimi qiymətləndirilmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?