Gundemxeber.az » Dünya » Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqladı
ABŞ prezidenti Donald Tramp İranla müharibənin "ABŞ seçkilərindən dərhal sonra" bitəcəyini bildirib.
Gundemxeber.org xəbər verir ki, onun bu açıqlaması Ağ Evin "YouTube" kanalında yayımlanıb.
Amerika liderinin fikrincə, iranlılar o vaxta qədər tab gətirə bilməyəcəklər. Tramp əlavə edib ki, İslam Respublikası seçkilərə "ümidsiz şəkildə təsir göstərməyə çalışır".
"The New York Times" qəzeti kəşfiyyat məlumatlarına istinadən xəbər verir ki, İran ABŞ ilə qarşıdurmada daha inamlı olub və noyabr ayında keçiriləcək ara seçkilərə qədər münaqişənin aktiv mərhələsini bilərəkdən uzada bilər. Tehran hesab edir ki, Vaşinqtonun sursat ehtiyatları azalır və müharibə və artan qaz qiymətləri Donald Trampa siyasi ziyan vurur. "The Wall Street Journal" qəzeti isə öz növbəsində qeyd edir ki, Tehran artıq bu taktikadan 1979-1981-ci illərdə ABŞ-də girov böhranı zamanı istifadə edib və bu böhran prezident Cimmi Karterin seçkilərdə məğlubiyyətinə səbəb olub.
Qeyd edək ki, ABŞ-də 2026-cı ilin noyabr ayında Konqresə aralıq (ara) seçkiləri keçiriləcək.
19-08-2026, 08:16
19-08-2026, 08:18
4-09-2026, 07:48
25-06-2025, 12:53
13-10-2017, 16:23
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?