Gundemxeber.az » Dünya » ABŞ İrana həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır
Vaşinqton administrasiyası Tehrana təzyiqi artırmaq məqsədilə İranın müxtəlif strukturlarına həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır.
Gundemxeber.org xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “Reuters” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, sanksiyalar hər həftə əhəmiyyətli dərəcədə artacaq: “Biz banklardan başlayırıq. Onlara İran pullarını saxlamağın və rejimi dəstəkləməyin qəbuledilməz olduğunu deyəcəyik".
Bessent əlavə edib ki, ABŞ 31 avqust - 1 sentyabr tarixlərində Şimali Karolinanın Aşvill şəhərində keçiriləcək G20 maliyyə nazirlərinin görüşündə digər ölkələrin nümayəndələrini İranla əlaqələrə görə sanksiyaların mümkünlüyü barədə xəbərdar edəcək.
Gundemxeber.org
14-08-2026, 11:03
11-07-2019, 13:23
31-10-2019, 11:52
31-01-2018, 00:17
18-07-2017, 14:44
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?