Gundemxeber.az » Dünya » Bakı onu Rusiyaya təhvil vermədi
Rusiyanın bəzi Telegram kanalları Moskva ilə Bakı arasında cinayət-hüquqi əməkdaşlığın qarşılıqlılıq prinsipi əsasında aparılmadığını bildirərək narazılıq ifadə ediblər.
Gundemxeber.org xəbər verir ki, müzakirələrə səbəb Rusiya Baş Prokurorluğunun oğurluqda ittiham olunan Azərbaycan vətəndaşının Bakıya ekstradisiyası barədə qərarı olub.
Rusiya media resursları Moskvanın Azərbaycanın bu cür müraciətlərini yerinə yetirdiyini, Bakıdan isə eyni münasibəti görmədiyini bildirirlər. Buna nümunə kimi Rusiyada “qızıl hakim” ləqəbi ilə tanınan keçmiş hakim Yelena Xaxalevanın işi göstərilir.
Xaxaleva Rusiyada xüsusilə böyük məbləğdə dələduzluq və vəzifə saxtakarlığında ittiham olunur. İstintaqın versiyasına görə, o, 2016–2019-cu illərdə 127 iş günü iş yerində olmadığı halda sənədlərdə həmin günləri işlənmiş kimi göstərərək təxminən 1,2 milyon rubl əməkhaqqı alıb. 2020-ci ildə hakim statusundan məhrum edilən Xaxaleva sonradan Rusiyanı tərk edib və beynəlxalq axtarışa verilib.
O, 2025-ci ilin yanvarında Bakı aeroportunda Dubaya uçmaq istəyərkən saxlanılıb. Azərbaycan məhkəməsi əvvəlcə onun barəsində 40 günlük həbs qərarı versə də, daha sonra həbs polis nəzarəti ilə əvəzlənib. 2025-ci ilin martında isə Azərbaycan Rusiyanın Xaxalevanın ekstradisiyası barədə tələbini təmin etməyib.
Xaxaleva hazırda Azərbaycanda deyil. Onun vəkili 2026-cı ilin aprelində keçmiş hakimin Tiflisdə yaşadığını açıqlayıb. Daha sonra Gürcüstanın daşınmaz əmlak reyestrinin məlumatlarına əsasən onun Tiflisdəki prestijli “Axis Towers” kompleksində 53 kvadratmetrdən böyük mənzil aldığı üzə çıxıb.
Gundemxeber.org
22-05-2025, 14:56
6-02-2025, 13:12
29-01-2025, 12:39
26-08-2019, 11:24
29-07-2019, 16:05
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?