Gundemxeber.az » Dünya » "Şakro Molodoy”un yaxın dostu polis məntəqəsində öldü
Azərbaycanlı kriminal avtoritet, “Agbaş Qalib ”, “Qalib Gəncinskıy” ləqəbi ilə tanınan Qərib Həsənov Rusiyanın Soçi şəhərində dünyasını dəyişib.
Gundemxeber.org Qaynarinfo-ya istinadən xəbər verir ki, Qərib Həsənov 23 avqust 2026-cı ildə ailəsi ilə birgə Rusiyanın Soçi şəhərinə dincəlmək üçün gedib.
Elə həmin gün Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 24 avqust 2026-cı il tarixində Qərib Həsənovun saxlanıldığı polis məntəqəsində səhhətində ciddi problem yaranıb. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da o həyatını itirib.
İddia edilir ki, həmin vaxt Qərib Həsənova dozadan artıq ağrıkəsici vurulduğu üçün həyatını itirib.
1976-cı il təvəllüdlü Qərib Həsənov bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində dəfn edilib.
İddialara görə, mərhum postsovet məkanında kriminal aləmində "Şakro Molodoy” kimi tanınan qanuni oğru Zaxari Kalaşovun yaxın dostlarından biri imiş.
Gundemxeber.org
29-03-2018, 17:39
1-08-2018, 17:27
28-03-2018, 13:40
24-12-2019, 11:54
15-05-2014, 10:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?