Gundemxeber.az » Dünya » Kiborq tarakanlar insanları xilas edəcək
Avstraliyalı alimlər təbii fəlakətlər zamanı dağıntılar altında qalan insanlara yardım göstərmək üçün “kiborq tarakanlar” hazırlayıblar.
Gundemxeber.org xəbər verir ki, “paraborq” adlandırılan həşəratlar miniatür kamera və dərman inyeksiyası üçün qurğularla təchiz ediliblər. Onların zəlzələ və bina uçqunları zamanı xilasedicilərin daxil ola bilmədiyi dar sahələrə keçərək zərərçəkənləri müəyyənləşdirməsi və ilkin tibbi yardım göstərməsi nəzərdə tutulur.
Tarakanların hərəkəti sinir sisteminə yerləşdirilən elektrodlar vasitəsilə məsafədən idarə olunur. Sınaqlar zamanı həşəratlar müəyyən edilmiş nöqtələrə çatmaqda 100 faiz, yaxın məsafədən dərman yeritməkdə isə 95 faizə qədər uğur göstəriblər.
Alimlər gələcəkdə dağıntılara eyni vaxtda çoxsaylı kiborq tarakanın göndərilməsini planlaşdırırlar. Texnologiya ilan sancması və ağır allergik reaksiyalar zamanı zərərçəkənin həyatda qalmasına kömək edə bilər.
Gundemxeber.org
1-01-2015, 18:50
16-08-2026, 07:00
28-11-2014, 21:00
20-08-2026, 07:11
11-01-2015, 00:23
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?