Gundemxeber.az » Dünya » Bu nazirə töhmət verildi - SƏBƏB
Qırğızıstanın Tikinti, Memarlıq, Mənzil və Kommunal Xidmətlər naziri Nurdan Oruntayevə töhmət verilib.
Gundemxeber.org xəbər verir ki, bu barədə Baş nazir Adilbek Kasımalıyev müvafiq əmr imzalayıb.
Nazirlər Kabinetinin məlumatına görə, intizam tənbehi təyin olunmuş iş vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə tətbiq edilib.
Bu töhmətin nazirin iştirak etdiyi dava ilə bağlı yayılan xəbərlərlə əlaqəli olub-olmadığı bəlli deyil. Əvvəllər sosial mediada yayılan xəbərlərdə 22 avqustda Talas bölgəsində baş verən münaqişə barədə məlumat verilirdi. İddia edilirdi ki, Nurdan Oruntayev Talasdakı bir tikinti sahəsində podratçı ilə davada iştirak edib.
Gundemxeber.org
24-09-2020, 16:25
15-03-2021, 16:49
11-06-2020, 17:44
13-12-2014, 23:56
21-04-2020, 22:12
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?