Gundemxeber.az » Dünya » "Ya inqilab edin, ya da işləyin" - Müxalifətə səsləndi
"Ya mandatlarınızdan imtina edin və inqilab edin, ya da işləyin".
Gundemxeber.org xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentdə çıxışı zamanı müxalifətə müraciət edərək deyib.
Müxalifətin hökumətin qanunsuz olması ilə bağlı tənqidlərinə cavab olaraq Nikol Paşinyan əvvəlcə xalqı mövcud hökumətlə razılaşmadıqları və ya qanunsuz olduqları təqdirdə küçələrə çıxmağa və inqilab etməyə çağırdığını xatırladıb: "Bu insanların legitimlik problemi var, bu salonda söz çoxluğu statusuna malik deyillər, hansısa bir missiyaya göndərilən xidmətçilər olduqlarını başa düşürlər. Nə edəcəkləri barədə heç bir təlimat yoxdur, özlərini istiqamətləndirmirlər, gəlib-gedirlər.
Amma bu, onların problemi deyil, bizim problemimizdir, Ermənistan Respublikasının problemidir. Düşünürəm ki, seçim budur: ya mandatlarınızı yerə qoyun və inqilabdan zövq alın, ya da gəlin, oturun, işləyin".
Gundemxeber.org
Bu gün, 09:26
11-01-2019, 14:32
29-10-2019, 14:58
30-05-2018, 16:57
18-05-2018, 11:20
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?