Gundemxeber.az » Dünya » 23 il müddətinə həbs olunan bələdiyyə sədrindən açıqlama
Həbsdə olan Beşiktaş bələdiyyəsinin sədri Rza Akpolat 23 il həbs cəzasına məhkum edildikdən sonra açıqlama verib.
Gundemxeber.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Akpolat ona qarşı irəli sürülən ittihamları rədd edərək, ailəsini, həmkarlarını və ya Beşiktaş xalqını utandıracaq heç bir cinayət törətmədiyini iddia edib.
Məmur sosial media hesabında hüquqi proseslə bağlı açıqlama verib. O, özünə qarşı irəli sürülən "qruplaşma" ittihamına diqqət çəkərək, bu ittihamın sonradan ləğv edildiyini deyib.
Akpolat məhkəmə prosesi zamanı ona qarşı tələb olunan cəzanın dəyişdirildiyini bildirib və qeyd edib ki, ittiham aktında əvvəlcə 415 ilə qədər həbs cəzası nəzərdə tutulsa da, məhkəmə prosesi zamanı bu rəqəm 234 ilə endirilib və nəhayət, 23 il müddətinə azadlıqdan məhrum edilib.
O, qərarın müəyyən şəxslərin ifadələrinə əsaslandığını iddia edərək, bu şəxslərin ya öz mənafeləri naminə yalan ittihamlar irəli sürdüklərini, ya da təzyiq altında ifadə verməyə məcbur edildiyini bildirib.
Akpolat açıqlamasında qərarın siyasi səbəblərdən verildiyini iddia edib.
Gundemxeber.org
3-03-2014, 16:25
9-07-2018, 12:21
20-05-2013, 15:20
30-10-2017, 19:13
18-09-2017, 11:55
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?