Gundemxeber.az » Dünya » Yunanıstanda Qərbi Nil virusu hallarının artması ilə əlaqədar xəbərdarlıq edilib
Yunanıstanda son vaxtlar Qərbi Nil virusu hallarının artması fonunda vətəndaşlara ağcaqanadlara qarşı qoruyucu tədbirləri gücləndirmək tövsiyə olunub. Yunanıstanın Milli İctimai Sağlamlıq Təşkilatı (EODY) yaydığı bəyanatda, ağcaqanadların aktiv olduğu müddətdə virusun ölkənin müxtəlif bölgələrində yayılma ehtimalına diqqət çəkərək, insanları , xüsusilə də yüksək risk qrupuna aid olanları qoruyucu tədbirlərə ciddi şəkildə riayət etməyə çağırıb.
Məlumatlara görə, indiyədək aşkar edilmiş yoluxma hallarının əhəmiyyətli bir hissəsi Şərqi Attika bölgəsində, xüsusilə də Markopulo və Spata bələdiyyələrində cəmlənib. Afina Milli və Kapodistrian Universitetinin (EKPA) professoru Gikas Mayorkinis Yunanıstanın dövlət yayım şirkəti ERT-yə açıqlamasında bildirib ki, yoluxma hallarının artmasının dəqiq səbəbi hələ müəyyən edilməyib.
Virusun əsasən yoluxmuş quşlardan ağcaqanadlara keçdiyini izah edən Mayorkinis, qarğa və sağsağan kimi quş növlərinin virusun yayılmasında rol oynadığını qeyd edib. O, ehtimal olunan səbəblərdən biri kimi, 2023-cü ildə Fessaliya bölgəsinə təsir göstərən "Daniel" fırtınasından sonra quşların yaşayış mühitində və miqrasiya marşrutlarında baş verən dəyişiklikləri göstərib.
Alim həmçinin vurğulayıb ki, 50 yaşdan yuxarı şəxslər, eləcə də immun sistemi zəif olan və ya xroniki xəstəliklərdən əziyyət çəkən insanlar ağır xəstəlik və həyat üçün təhlükəli fəsadlarla üzləşmək baxımından daha yüksək risk altındadırlar. İrəliləyən yaşın ağır xəstəlik və ölümcül fəsadlar üçün ən əhəmiyyətli risk faktorlarından biri olduğunu vurğulayan Mayorkinis, yüksək risk qrupundakı şəxsləri ağcaqanad sancmalarına qarşı xüsusilə ehtiyatlı olmağa çağırıb.
Gundemxeber.org
31-07-2020, 22:21
10-03-2020, 21:27
4-08-2025, 11:17
22-06-2020, 18:47
12-03-2017, 11:35
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?