Gundemxeber.az » Dünya » Qılıncla məktəbə hücum etdi - Ölən və yaralılar var
İsveçin Fagersta şəhərində 18 yaşlı bir gənc qılıncla məktəbə hücum edib, nəticədə bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.
Gundemxeber.org xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Hücum 21 avqustda Brinell məktəbində dərslər zamanı baş verib. Həmin vaxt təhsil müəssisəsində təxminən 400-500 şagird olub.
Şübhəli hadisə yerində həbs edilib. Polis onu həbs edərkən atəş açıb. 18 yaşlı şübhəlinin xəsarət alıb-almadığı məlum deyil. Lakin o, xəstəxanaya aparılmayıb.
Polis hələlik hücumun motivini müəyyən etməyib.
Hücumdan sonra yaxınlıqdakı bir neçə məktəb və ərazidəki yollar bağlanıb.
İsveçin Baş naziri Ulf Kristersson məsələni "ciddi hadisə" adlandırıb.
Gundemxeber.org
19-01-2018, 11:15
13-10-2017, 23:55
15-02-2018, 12:43
1-10-2017, 22:25
11-05-2021, 16:08
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?