Gundemxeber.az » Dünya » Fransada kibertəhlükə: Milyonlarla hesab və şəxsi məlumatlar hakerlərin əlinə keçib
Fransa Milli Təhsil Nazirliyi haker hücumunun hədəfinə çevrilib.
Gundemxeber.org xəbər verir ki, “Les Echos” qəzetinin məlumatına görə, təxminən 350 milyon hesab ələ keçirilib.
Nazirliyə hücum xəbəri hakerlərin Fransa Dövlət Maliyyə İdarəsindən 700 mindən çox insanın şəxsi məlumatlarını, eləcə də milyonlarla kadastr faylını oğurlamasından bir neçə gün sonra ortaya çıxıb. Hakerlər istifadəçilərin gəlirləri, daşınmaz əmlakı, ailə vəziyyəti və vergi dərəcələri haqqında məlumatlara çıxış əldə ediblər. Sızmalar həm fərdlərə, həm də müəssisələrə təsir edib. Kiberhücumların arxasında “ZeroBytes” hakerlərinin olduğu bildirilir.
Fransa mətbuatı son bir neçə ayda Daxili İşlər Nazirliyini, “France Travail” məşğulluq agentliyini, URSSAF sosial təminat agentliyini, İmmiqrasiya və İnteqrasiya İdarəsini və “France Titres” sənəd təhlükəsizliyi agentliyini hədəf alan kiberhücumlar barədə məlumat yayıb.
Gundemxeber.org
11-11-2014, 23:56
5-11-2013, 15:52
14-05-2019, 18:37
22-02-2014, 14:21
20-04-2022, 14:45
Sorğu
Yeni dizaynımız necədir?