Gundemxeber.az » Dünya » Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir
Almaniyanın bir sıra federal əyalətlərində yüksək temperatur və quraqlıq səbəbindən kütləvi meşə və bitki örtüyü yanğınları tüğyan edir.
Gundemxeber.org yerli mediaya istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliyanın Hirtqenvald ərazisində qeydə alınan tarixi yanğın sahəsində açıq alov söndürülüb, Qey rayonundan təxliyə olunmuş 1800 sakin evlərinə qayıdıb. Belçika ilə həmsərhəd Monşau şəhəri yaxınlığında isə 3 min hektara çatan yanğının Almaniyaya keçmə riski azalsa da, sıx tüstü səbəbindən 5 min nəfərlik əhaliyə xəbərdarlıq edilib.
Bavariyanın Valdaşaff ərazisində yanğınla əlaqədar 80 sakin təxliyə edilib, yanğın nəzarətə götürüldükdən sonra onlar geri qayıdıblar. Reynland-Pfalts əyalətində Lanqşayd bölgəsində yanğının söndürülməsi işləri zamanı 22 xilasedici xəsarət alıb.
Analoji yanğın ocaqları Saarland, Saksoniya, Türingiya və Baden-Vürtemberq əyalətlərində də qeydə alınıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində əksər bölgələrdə alovun yayılmasının qarşısı alınıb.
Gundemxeber.org
Dünən, 07:35
18-08-2016, 23:54
28-07-2018, 11:16
24-04-2017, 11:04
14-09-2017, 16:48
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?