Gundemxeber.az » İdman » “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Gundemxeber.org xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.
Günün ilk matçında “Turan Tovuz” öz meydanında “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xallarının sayını 7-yə çatdıran Tovuz təmsilçisi 5-ci pilləyə yüksəlib. Xalı olmayan Sumqayıtın eyniadlı klubu sonuncu - 12-cidir.
Turun bağlanış oyununda isə “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra “Qarabağ” 9 xalla 3-cü sırada yer alıb. Naxçıvan klubu isə 1 xalla 11-ci pilləni tutur.
Qeyd edək ki, IV turun əvvəlki matçlarında “Qəbələ” “İmişli”yə 2:1, “Şamaxı” “Kəpəz”ə 4:1, “Sabah” “Zirə”yə 5:0, “Neftçi” isə “Şəfa”ya 4:1 hesabı ilə qalib gəlib.
17-08-2026, 10:25
1-09-2026, 05:51
24-08-2026, 08:07
16-08-2026, 22:17
16-08-2026, 22:19
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?