Gundemxeber.az » İdman » "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəldi
Misli Premyer Liqasında III tura yekun vurulub.
Gundemxeber.org xəbər verir ki, günün ikinci oyununda "Sumqayıt" "Qarabağ"ı qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
45-ci dəqiqədə Jali Muaddib penaltini dəqiq yerinə yetirib. 32-ci dəqiqədə qonaqların heyətində Kadi Borges qırmızı vərəqə alaraq meydandan qovulub.
"Qarabağ" 6 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri sıfır xalla sonuncu - 12-ci sıradadır. Hər iki kollektivin II turdakı matçı təxirə salınıb.
Günün ilk qarşılaşmasında "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib - 1:0.
Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.
Gundemxeber.org
16-08-2026, 22:17
17-08-2026, 10:25
24-08-2026, 08:07
22-08-2026, 09:27
14-04-2018, 20:09
Sorğu
Yeni dizaynımız necədir?