Gundemxeber.az » İdman » Taliska "Fənərbaxça"dan getdi
Braziliyalı futbolçu Anderson Taliska "Fənərbaxça" ilə yollarını ayırıb.
Gundemxeber.org xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Taliska 2025-ci ilin yanvarından "Fənərbaxça"da çıxış edirdi. O, Türkiyə klubuna Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasından keçmişdi.
Braziliyalı futbolçu ötən mövsüm İstanbul klubunun heyətində bütün turnirlərdə 45 oyuna çıxaraq 27 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Taliska bu ilin fevralında "Fənərbaxça" ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzatmışdı.
Gundemxeber.org
1-09-2026, 15:37
28-06-2017, 19:30
17-08-2026, 11:07
13-05-2013, 00:35
27-08-2026, 08:21
Sorğu
Yeni dizaynımız necədir?