Gundemxeber.az » İdman » "Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu
"Araz-Naxçıvan"ın UEFA Futzal Çempionlar Liqasının əsas mərhələsində yer aldığı 5-ci qrupun bütün iştirakçıları müəyyənləşib.
Gundemxeber.org xəbər verir ki, ilkin mərhələnin oyunlarından sonra C qrupunun qalibi "Buba Mara" (Bosniya və Herseqovina) və D qrupunun lideri "Uypeşt" (Macarıstan) Naxçıvan təmsilçisinin rəqibləri olub.
Püşkatmanın nəticəsinə əsasən, 5-ci qrupa E qrupunun qalibi də qoşulmalı idi. Lakin həmin qrupda Ermənistan çempionu "Unisport" birinci yeri tutub.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri eyni qrupda yer ala bilmədikləri üçün E qrupunun deyil, D qrupunun qalibi 5-ci qrupa vəsiqə qazanıb.
Beləliklə, Polşada keçiriləcək əsas mərhələdə "Araz-Naxçıvan"la yanaşı, "Piast" (Polşa), "Buba Mara" (Bosniya və Herseqovina) və "Uypeşt" (Macarıstan) mübarizə aparacaqlar.
Qeyd edək ki, "Araz-Naxçıvan" turnirdə 21-ci dəfə iştirak edəcək. Naxçıvan təmsilçisi bu göstəriciyə görə yalnız Qazaxıstanın "Kayrat" klubundan geri qalır.
Turnirin əsas mərhələsinin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək.
Gundemxeber.org
20-11-2019, 12:56
28-11-2013, 15:30
16-06-2021, 09:46
3-12-2018, 12:33
19-06-2018, 11:46
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?