Gundemxeber.az » İdman » “Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Gundemxeber.org xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
59-cu dəqiqədə "köhlən atlar"ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb.
Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.
Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası da qırılıb.
Gundemxeber.org
10-12-2025, 23:34
Dünən, 19:54
12-08-2026, 09:35
14-08-2026, 08:40
31-08-2023, 22:24
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?