Gundemxeber.az » İdman » "Neftçi" 150-ci böyükhesablı qələbəsini qazandı
Misli Premyer Liqasının 2026/2027 mövsümünün II turunda "Araz-Naxçıvan"ı 5:0 hesabı ilə məğlub edən "Neftçi" ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsini qazanıb.
Gundemxeber.org-ın Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, bu, cari mövsümdə qeydə alınan ilk böyükhesablı nəticədir.
"Ağ-qaralar" 98 dəfə evdə, 52 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qələbə qazanıb.
Qeyd edək ki, "Neftçi" ilk belə qələbəsini 1992-ci il mövsümündə Şamaxının "Şirvan" klubu üzərində 8:1 hesabı ilə qazanıb.
Gundemxeber.org
2-11-2020, 10:49
Bu gün, 08:07
21-10-2016, 00:27
25-11-2024, 15:05
16-08-2026, 22:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?