GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » ABŞ-də keçirilməli olan dünya çempionatı Azərbaycanda baş tutacaq

ABŞ-də keçirilməli olan dünya çempionatı Azərbaycanda baş tutacaq

Tarix: Dünən, 23:08 Bölmə :İdman Baxış: 2


Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı əslində ABŞ-də təşkil olunmalı idi.

Gundemxeber.org  Sportify.az-a istinadən xəbər verir ki, bu barədə “The Athletic” nəşrinin hazırladığı sensasion məqalədə bildirilir.

Nəşr iddia edir ki, FİFA-nın bütün 211 üzv assosiasiyasını bir araya gətirməsi nəzərdə tutulan bu yeni turnirin ilkin layihəsi hətta “Disney World” yaxınlığında keçirilmək və kommersiyalaşdırılmaq üçün hazırlanıb. Lakin plan dəyişib və FİFA iyunun 24-də yarışın Azərbaycanda təşkil olunmasına qərar verib.

FİFA prezidenti Canni İnfantino son bir il ərzində “U-15 Dünya Kuboku”nun yaradılması və kommersiyalaşdırılması ilə bağlı özəl investorlarla danışıqlar aparıb.

Layihə beysboldakı “Little League World Series” yarışından ilhamlanıb. Turnirin bütün 211 FİFA üzvünün iştirakı ilə keçirilməsi, daha qısa oyunlar və kiçildilmiş meydançalardan istifadə olunması planlaşdırılıb.

İlkin plana əsasən, yarış ABŞ-ın Florida ştatında, Orlando şəhərində yerləşən “ESPN Wide World of Sports Complex”də təşkil edilməli idi. Kompleks “Disney World” əyləncə parklarının yaxınlığında yerləşir. Açılış və bağlanış mərasimlərinin isə “Disney” parklarında keçirilməsi variantı da müzakirə olunub.

Layihənin kommersiya tərəfi ilə bağlı Meksika Futbol Federasiyasının sabiq komissarı Xuan Karlos Rodriges və İngiltərənin “Çelsi” klubunun sahibi Todd Bulvinin rəhbərlik etdiyi “Eldridge Industries” şirkəti çalışıb. ESPN-in turnirin ABŞ-da yayımçısı olması da nəzərdə tutulub.

İnfantinonun İsrail – Fələstin ideyası

Layihənin ən diqqətçəkən məqamlarından biri isə Canni İnfantinonun turnirin açılış oyununu İsrail və Fələstinin U-15 yığmaları arasında keçirmək istəyi olub.

Bu ideya Rodriges və “Eldridge Industries” tərəfindən FIFA-ya təqdim edilən kommersiya təklifinin tərkibinə daxil olmayıb. İnfantino bu qarşılaşmanı futbol vasitəsilə sülh və birlik mesajı vermək üçün simvolik addım kimi görüb.

O, daha əvvəl də FİFA Konqresində İsrail və Fələstin futbol federasiyalarının nümayəndələrini səhnədə görüşdürməyə və birlikdə foto çəkdirməyə çalışıb. Lakin cəhd baş tutmayıb.

211 ölkə necə oynayacaqdı?

İlkin layihəyə əsasən, 211 komandanın turnirdə iştirakını təmin etmək üçün 32 qrupun yaradılması planlaşdırılıb. Qruplarda 6 və ya 7 komandanın olması nəzərdə tutulub.

Layihənin əsas məqsədlərindən biri dünya çempionatlarına nadir hallarda vəsiqə qazanan ölkələrdə futbol marağını artırmaq, digər tərəfdən isə gənc istedadların daha geniş miqyasda skautinqinə imkan yaratmaq olub.

FIFA U-15 turnirinin yaradılması ideyasını ilk dəfə 2025-ci ilin dekabrında açıqlayıb. İlk yarışın yalnız oğlanlar arasında keçirilməsi, 2027-ci ildən isə qızlar turnirinin də təşkil olunması planlaşdırılıb.

Lakin ABŞ-da keçirilməsi və özəl investisiya hesabına kommersiyalaşdırılması ilə bağlı planlar sonradan dayandırılıb.

Bakı planı dəyişdi

FİFA iyunun 24-də – 2026-cı il dünya çempionatının startından 13 gün sonra ilk U-15 Dünya Kuboku və festivalının Azərbaycanda keçirilməsinə qərar verib. Yarış 22-31 oktyabr 2026-cı ildə təşkil olunacaq və ilk buraxılışda bütün FİFA üzv assosiasiyalarının oğlan komandalarının iştirakı nəzərdə tutulur.

FİFA Azərbaycanın seçimində ölkənin yüksək səviyyəli idman və ümumi infrastrukturunun, minlərlə uşaq və onları müşayiət edən şəxsləri mərkəzləşdirilmiş şəkildə qəbul etmək imkanının nəzərə alındığını bildirib.

Beləliklə, əvvəlcə ABŞ-da, hətta “Disney World” yaxınlığında keçirilməsi planlaşdırılan və İsrail – Fələstin qarşılaşması ilə açılması ideyası irəli sürülən yeni FİFA turnirinin ilk ünvanı Bakı olacaq. Lakin FİFA-nın açılış oyununu münaqişəli iki ölkə arasında təşkil etmək ideyasının Azərbaycan paytaxtında da qüvvədə olub-olmayacağı bəlli deyil.

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • FİFA prezidenti: Azərbaycan dünya çempionatına ev sahibliyi edə bilər

    FİFA prezidenti: Azərbaycan dünya çempionatına ev ...

    2-04-2016, 01:40

  • 
  • ​FİFA prezidenti Bakıya gəlir

    ​FİFA prezidenti Bakıya gəlir ...

    20-11-2017, 13:07

  • 
  • FIFA prezidenti 90 günlük vəzifəsindən kənarlaşdırıla bilər

    FIFA prezidenti 90 günlük vəzifəsindən ...

    3-06-2016, 01:47

  • 
  • Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb

    Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb ...

    9-02-2021, 11:50

  • 
  • Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında VAR istifadə ediləcək - FİFA QƏRAR VERDİ

    Rusiyada keçiriləcək futbol üzrə dünya ...

    17-03-2018, 12:13


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (888)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu