Gundemxeber.az » İdman » Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Bakının ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb.
Gundemxeber.org xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupundakı ilk oyununda Portuqaliya ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında keçirilən görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığma qrupdakı növbəti oyununu avqustun 23-də eyni məkanda İspaniyaya qarşı keçirəcək.
Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya milliləri də mübarizə aparır. Qrup mərhələsinin oyunlarına avqustun 28-də yekun vurulacaq.
Gundemxeber.org
19-08-2026, 15:26
16-05-2019, 22:59
28-06-2021, 16:42
21-06-2019, 16:23
11-08-2026, 10:25
Sorğu
Yeni dizaynımız necədir?