Gundemxeber.az » İdman » “Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandda “Tvente”nin qonağı olacaq.
Gundemxeber.org xəbər verir ki, bu, komandaların öz aralarında ümumilikdə 7-ci qarşılaşması kimi tarixə düşəcək.
Tərəflər indiyədək 4 dəfə Avropa Liqasının pley-off mərhələsində, 2 dəfə isə yoldaşlıq görüşündə üz-üzə gəliblər. Bu oyunlarda “Qarabağ” 3 dəfə məğlub olub, 3 görüş heç-heçə ilə başa çatıb. Digər matçlar isə niderlandlıların xeyrinə yekunlaşıb.
“Qarabağ və “Tvente”nin ilk dueli 2009/2010-cu illər mövsümünə təsadüf edib. UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşan komandaların duelindən Ensxede təmsilçisi qalib ayrılıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan Azərbaycan klubu Bakıda qolsuz heç-heçə edərək turnirlə vidalaşıb.
Komandaların yolu 2014/2015-ci illər mövsümündə də Avropa Liqasının pley-off mərhələsində kəsişib. Bu dəfə isə sevinən tərəf “Qarabağ” olub. Evdə rəqibi ilə qolsuz sülhə razılaşan Ağdam klubu Niderlandda 1:1 hesablı heç-heçə edərək, səfər qolu sayəsində qrup mərhələsinə vəsiqə qazanıb.
“Qarabağ”la “Tvente” arasında keçirilmiş yoldaşlıq oyunlarında isə hesab bərabərdir – 1:1. “Köhlən atlar” 2025-ci ilin yayında təlim-məşq toplanışı çərçivəsində baş tutan matçların birində 3:2 hesablı qələbə qazanıb, digərində isə uduzub – 1:2.
“Qarabağ” - “Tvente” oyunlarının tarixi
20.08.2009. “Tvente” – “Qarabağ” 3:1 (Avropa Liqası, pley-off)
27.08.2009. “Qarabağ” – “Tvente” 0:0 (Avropa Liqası, pley-off)
21.08.2014. “Qarabağ” – “Tvente” 0:0 (Avropa Liqası, pley-off)
28.08.2014. “Tvente” – “Qarabağ” 1:1 (Avropa Liqası, pley-off)
11.07.2025. “Tvente” – “Qarabağ” 2:3 (yoldaşlıq görüşü)
11.07.2025. “Tvente” – “Qarabağ” 2:1 (yoldaşlıq görüşü)
Qeyd edək ki, “Qarabağ” “Tvente” ilə avqustun 20-də səfərdə, 27-də isə Bakıda qarşılaşacaq.
Gundemxeber.org
12-08-2026, 09:35
18-09-2020, 13:32
29-05-2019, 12:23
29-05-2019, 11:51
15-08-2017, 11:00
Sorğu
Yeni dizaynımız necədir?