Gundemxeber.az » İdman » Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında növbəti qələbəsini qazanıb
Serbiyanın Loznitsa şəhərində oğlan boksçular arasında U-19 Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını 1/4 finala yazdırıb.
Nihat Qasımov (55 kiloqram) ikinci döyüşündə Doryan Kropoqu (Çexiya) sınağa çəkib. Döyüş təmsilçimizin qələbəsi ilə başa çatıb. Qasımov üçüncü raundda tam üstünlüklə qələbə qazanıb. O, 1/4 Ruben Hujmannla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.
Əli Baxışov (60 kiloqram) da növbəti qələbəsini qazanıb. Boksçumuz bu dəfə Petar Krpanı (Xorvatiya) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinala gedən yolda Kristian Haraşiklə (Slovakiya) döyüşəcək.
Şahin Aslanov (65 kiloqram) da komanda yoldaşlarının uğurunu davam etdirib. Milli üzvü Muhammad Ali Seferbekovdan (Rusiya) güclü olub – 3:2 (28:29, 29:28, 27:30, 30:27, 29:28). Aslanov 1/4 finalda Yaşua Flemminqlə (İngiltərə) üz-üzə gələcək.
Bununla da oğlan boksçuların yarışında 1/4 finala vəsiqə qazanan təmsilçilərimizin sayı 4-ə yüksəlib. Daha öncə Əli Əliyev (50 kiloqram) də bu hüquqa yiyələnib.
Qeyd edək ki, bu gün qız boksçuların mübarizəsində bir idmançımız 1/8, ikisi 1/4 final döyüşünə çıxacaq.
Gundemxeber.org
10-08-2026, 16:46
5-06-2013, 02:19
15-05-2017, 19:00
11-10-2015, 19:27
28-10-2024, 10:19
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?