Gundemxeber.az » Siyasət » Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra dövlətlərin fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
Gundemxeber.org Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mərasim Astanadakı Müstəqillik Sarayında keçirilib.
Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov da etimadnaməsini dövlət başçısına təqdim edib.
Həmçinin Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiyanın səfirləri də etimadnamələrini Qazaxıstan Prezidentinə təqdim ediblər.
Gundemxeber.org
5-12-2018, 11:19
27-03-2017, 21:28
27-12-2019, 11:18
17-12-2020, 12:50
25-12-2019, 11:12
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?