Bakının Sabunçu rayonunda marketdən oğurlanan məhsullar otlaq sahəsindən tapılıb.
Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsində yerləşən yaşayış binasının qarşısında otlaq sahəsində 7 ədəd sellofon paketə qablaşdırılmış müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, siqaret və 1 ədəd videomüşahidə qurğusuna məxsus DVR aşkar ediblər.
Bununla bağlı 13-cü polis bölməsinə məlumat verilib.
Bölmədə aparılan araşdırmalar zamanı müəyyən edilib ki, aşkar olunmuş məhsulların dəyəri 1400 manat məbləğindədir və qeyd olunan ünvanda yerləşən marketdən oğurlanıb.
Sorğu
Yeni dizaynımız necədir?