GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Yasda olan xalasının 8 min manatını oğurladı

Yasda olan xalasının 8 min manatını oğurladı

Tarix: Bu gün, 08:08 Bölmə :Kirminal Baxış: 0


Bakının Xətai rayonunda 28 yaşlı oğlan qohumunun evindən oğurluqda ittiham olunub.

Gundemxeber.org Teleqraf-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Əli İmanov xalası Gülərin Xətai rayonundakı mənzilinin giriş qapısını nənəsinin gödəkçəsinin cibindən götürdüyü açarla açıb, 8000 manat nagd pulu oğurlayıb.

Əlinin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

İş üzrə izahatında Əli özünü təqsirli bilib, ifadəsində göstərib ki, 2026-cı il fevral ayının əvvəllərindən nənəsi Əminə və xalası Güllərin yanına gedib, onlarda yaşayıb: “Xalam 1-ci qrup əlildir, yeriyə bilmir. Nənəm ona qulluq edir”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü saat 11 radələrində o, nənəsi və xalası uzaq qohumlarının Badamdar qəsəbəsindəki hüzür yerinə gediblər: “Xalam taksi çağırdı. Onu evdən həyətə düşürüb taksiyə mindirdik. Üçümüz Badamdara getdik. Onları hüzr yerində qoyub taksi ilə yenidən nənəmin yaşadığı evə gəldim. Məqsədim xalamın pullarını oğurlamaq idi.

Bilirdim ki, xalam pulları yataq otağındakı dolabda selofanın içərisində gizlədir. Hüzür yerinə getməmişdən qabaq nənəmin gödəkçəsinin cibindən mənzilin bir açarını götürmüşdüm.

Saat 13 radələrində mənzilin giriş qapısını açdım, yataq otağına girdim. Dolabda olan narıncı sellofanı açanda gördüm ki, kağızın arasında 100-lük əskinazlar var. Kağızın arxa hissəsində 9 rəqəmi yazılmışdı. Elə bildim, cəmi 9000 manatdır, sayanda gördüm, 8000-dir. Pulları gödəkçəmin iç cibinə qoydum, başqa heç nə tapmadım”.

Əli bildirib ki, 8000 manatı götürdükdən sonra Badamdar qəsəbəsinə, hüzür yerinə gedib: “Saat 17 radələrində nənəm və xalamla birlikdə taksidə evə gəldik. Xalama dedim ki, "Həzi Aslanov" metrosunun yanına gedib, 1 saat sonra qayıdacam.

Metronun yana getdim, orada yemək yedim. Xalam Güllər zəng etdi, oğurladığım pulları qaytarmağımı istədi. Pulları oğurlamağımı inkar etdim, dedim, gözləyin, evə gəlirəm”.

Əli qeyd edib ki, xalasıgilə gəlib, söhbət zamanı pulları oğurladığını boynuna almayıb: "Evdən çıxıb metronun yana getdim. Bankomat vasitəsi ilə 280 manat kreditimi ödədim. Sonra şəhərə getdim, pulları xərcləməyə başladım. Gecə xalam yenə zəng edəndə pulları oğurladığımı etiraf etdim, qaytaracağımı dedim.

Pulları şəhərdə içkiyə və müxtəlif əyləncələrə xərcləməyə başladım. Səhər açılan kimi özümə pal-paltar, bir ədəd “Samsung”, bir ədəd “Filips” markalı mobil telefon aldım”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Bilgəhdə gündəlik ev tutub və orada yaşamağa başlayıb: “Orada təxminən 1000 manata yaxın pul xərclədim. Sonra Şüvəlan qəsəbəsində günü 250 manata həyət evi kirayə götürdüm. Xalama məxsus 8000 manat pulu ehtiyacım üzündən oğurlamışam, evdən başqa heç nə götürməmişəm”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, dəymiş ziyan tamamilə ödəndiyini və zərərçəkmiş şəxslə barışdığını deyib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə Əli 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Ona cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub.

 

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oğurluq edən gənc həbs edildi

    Oğurluq edən gənc həbs edildi ...

    18-05-2016, 01:18

  • 
  • Əli Nağıyevin xalası oğlunun həbs edilməsi tələb edildi

    Əli Nağıyevin xalası oğlunun həbs edilməsi tələb ...

    12-10-2015, 13:38

  • 
  • Həbsdən çıxan kişi 8 ay azadlıqda qala bildi

    Həbsdən çıxan kişi 8 ay azadlıqda qala bildi ...

    4-12-2017, 12:58

  • 
  • DTX BU ŞƏXSLƏRİ AXTARIR

    DTX BU ŞƏXSLƏRİ AXTARIR ...

    9-02-2026, 23:28

  • 
  • Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

    Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi ...

    22-09-2025, 21:24


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (1094)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu