Gundemxeber.az » Ölkə » Kirminal » Dostunu qətlə yetirənə AĞIR CƏZA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə tanışını qətlə yetirməkdə təqsirləndirilən Rauf Sadıqovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Gundemxeber.org xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Rauf Sadıqovun 13 il,3 ay, 23 gün müddətinə müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Rauf Sadıqovun 14 il, 6 ay müddətinə həbs olunmasını təklif etmişdi.
Xatırladaq ki, qətl hadisəsi ötən il dekabrın 26-da Xətai rayonu NZS qəsəbəsində baş verib. 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Ona xəsarətlər yetirməklə qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, Rauf Sadıqov Cinayət Məcəlləsinin 120.1(Qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Gundemxeber.org
28-12-2015, 21:09
7-03-2019, 13:31
22-06-2017, 14:44
17-01-2017, 17:53
14-10-2019, 12:58
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?