Gundemxeber.az » Ölkə » Kirminal » İmişlidə partlayış zamanı xəsarət alan usta Bakıya təxliyyə olunub
İmişli rayonu ərazisində iş yerində təkər partlaması nəticəsində xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanadan verilən məlumata görə, ona gicgah sümüyünün köndələn sınığı, kəllə əsası sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Respublika Klinik Xəstəxanasına təxliyə olunub.
Qeyd edək ki, hadisə ötən gün İmişli rayonunun Məzrəli kəndində qeydə alınıb. Qoşqulu yük maşınında şin təmiri zamanı partlayış baş verib və usta xəsarət alıb.
Gundemxeber.org
Dünən, 23:17
7-04-2026, 23:09
24-09-2025, 23:47
24-11-2025, 11:13
14-08-2026, 11:09
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?