Gundemxeber.az » Ölkə » Hadisə » Buzovnada daha bir nəfər dənizdə bataraq ölüb
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Gundemxeber.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Dalğıclar tərəfindən 1996-cı il təvəllüdlü Allahverdiyev Seymur Sadiq oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Gundemxeber.org
2-08-2015, 17:04
3-09-2017, 21:52
16-06-2016, 23:54
2-07-2017, 22:05
12-07-2018, 13:48
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?