12:15 Hacıqabul rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
Gündəm Xəbər APA-ya stinadən xəbər verir ki, qəza zamanı 99 DZ 817 dövlət nömrə nişanlı "Mersedes-Benz" markalı avtomobilin sürücüsü, Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Əzizov Rauf Qubad oğlu, sərnişinlər - Beyləqan rayon sakinləri 1939-cu il təvəllüdü İmanov Şirinalı Sərdar oğlu, 1959-cü il təvəllüdlü İmanova Aidə Rəşxan qızı və bir nəfər azyaşlı xəsarət alıblar.
Yaralılar əsasən döş qəfəsinin əzilməsi və müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəza zamanı xəsarət alan şəxslər Beyləqandan Bakıya toy mərasiminə gedirlərmiş.
-----------
12:00
Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Qazax magistral avtomobil yolunun 122-ci km-də, Hacıqabul rayonu ərazisində avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatı barədə əlavə məlumat veriləcək.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?