Gundemxeber.az » Ölkə » Cəmiyyət » AzTU əməkdaşı Hacettepe Universitetində elmi-tədqiqat işi aparıb
Azərbaycan Texniki Universitetinin (AzTU) daxili qrant layihəsi olan “Azərbaycan Narının Aqro-Sənaye Yan Məhsullarının Funksional Bioaktiv Ekstraktlara Davamlı Dəyərləndirilməsi” (№: AzTU-DQL-2025-M01/96484601) çərçivəsində Türkiyənin Hacettepe Universitetində elmi-tədqiqat işləri həyata keçirilib.
Gundemxeber.org xəbər verir ki, bu məqsədlə AzTU-nun Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları kafedrasının baş müəllimi, layihə rəhbəri Bəhruz Cəbrayılov 23–28 avqust 2026-cı il tarixlərində Hacettepe Universitetində səfərdə olub. Layihə qrupu ilə Hacettepe Universiteti arasında imzalanmış müqaviləyə əsasən, Hacettepe Universitetinin Qida mühəndisliyi bölməsinin Qida keyfiyyəti və təhlükəsizliyi araşdırma laboratoriyasında (FoQuS) layihə çərçivəsində nəzərdə tutulan laboratoriya analizləri həyata keçirilib.
Tədqiqatlar AzTU və Türkiyə-Azərbaycan Universitetinin (TAU) alim və mütəxəssislərinin əməkdaşlığı çərçivəsində yerinə yetirilib. Layihə qrupunda AzTU-nun baş müəllimi Bəhruz Cəbrayılov, TAU-nun professorları Vural Gökmen və Ümran Uygun, həmçinin professor köməkçisi Muhammad Usman Akram iştirak edib.
Hacettepe Universitetinin müasir elmi-tədqiqat infrastrukturu, qabaqcıl laboratoriya avadanlıqları və geniş analitik imkanları layihə çərçivəsində nəzərdə tutulan tədqiqatların müasir yanaşmalar əsasında həyata keçirilməsinə əlverişli şərait yaradıb.
Layihənin icrası AzTU, TAU və Hacettepe Universiteti arasında elmi-tədqiqat əməkdaşlığının inkişaf etdirilməsi, birgə araşdırmaların genişləndirilməsi və yeni elmi istiqamətlər üzrə əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Gundemxeber.org
29-03-2022, 13:10
18-12-2019, 16:21
24-12-2018, 12:42
13-03-2021, 18:11
26-08-2026, 11:29
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?