Gundemxeber.az » Ölkə » Rüfət Əzizov onu direktor təyin etdi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni təyinat olub.
ADNSU-nun rektoru Rüfət Əzizovun müvafiq əmri ilə Yusif İbrahimov SABAH.city çərçivəsində ADNSU-nun nəzdində yaradılan Süni İntellekt İnstitutunun direktoru təyin edilib.
Kompüter elmləri üzrə bakalavr təhsilini ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Strasburq Universiteti ilə ikili diplom proqramı çərçivəsində alan Y.İbrahimov 2022–2025-ci illərdə Böyük Britaniyanın York Universitetində Kompüter elmləri üzrə PhD təhsili alıb.
Onun əsas elmi-tədqiqat istiqamətlərini süni intellekt, dərin öyrənmə, təbii dil emalı və böyük dil modelləri təşkil edir.
Gundemxeber.org
5-05-2026, 22:17
16-09-2024, 22:00
22-04-2021, 12:06
30-04-2021, 11:59
1-03-2021, 17:35
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?