Gundemxeber.az » Ölkə » Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək.
Gundemxeber.com APA-ya istinadən xəbər verir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003-cü il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.
O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib.
Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub və diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.
Mərhumun səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.
Gundemxeber.com
3-06-2019, 11:02
14-02-2016, 12:50
25-01-2018, 19:27
6-08-2025, 14:24
20-02-2020, 10:55
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?