Milli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunub.
Gundemxeber.com bildirir ki, bu barədə professorun özü sosial şəbəkə hesabında paylaşdığı statusda məlumat verib.
Milli Şura rəhbəri Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqədar başladılan istintaq işi çərçivəsində DTX-yə dəvət olunduğunu bildirib. O, evində axtarışların aparılacağını da istisna etmir.
Qeyd edək ki, noyabrın 29-da AXCP sədri Əli Kərimli və bir neçə partiya funksioneri saxlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?