Gundemxeber.com-un sosial şəbəkə üzərindən əldə etdiyi məlumata görə Gültəkin Hacıbəyli öz Facebook hesabında Türkiyə polisi tərəfindən saxlandığını bildirib. O, qeyd edib ki, "indicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, əmniyyətdən gəliblər, məni karakola aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var. Azərbaycan hökumətinin sifarişi ilə çox güman ki, Türkiyədən deportasiya olunacağam.
Bu ölkədə Ramiz Mehdiyevin mənə nə zülmlər yaratdığını İlham Əliyevdən yaxşı bilən yoxdur. Ancaq görünür, bütün bunların heç bir rolu yox imiş.
Mən əmniyyət işçilərinə "sabah saat 9-da İELTS imtahanım var, onu verib gələcəyəm" desəm də, görünür, sifariş çox sərt olduğu üçün, şans vermədilər.
Ramiz Mehdiyevlə əlaqəsi olandan şərəfsiz insan yoxdur, günahsız olduğum halda məni şərləyənləri ilə Allaha tapşırıram!"
Xatırladaq ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimlini və bir neçə partiya funksionerlərini saxlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?