Bu gün "Azərişıq” ASC-nin 58 yaşlı əməkdaşının Gəncədə elektrik cərəyanı vurması nəticəsində öldüyü xəbəri yayılıb.
Gundemxeber.com-un yerli bürosunun əməkdaşının apardığı araşdırmalardan məlum olub ki, ötən gün baş verən hadisə Gəncə şəhərində deyil, Samux rayonu ərazisində baş verib.
Bəzi media qurumları dəqiqləşdirilməmiş məlumatı yaymaqla, ictimaiyyət arasında çaşqınlıq yaradıb.
"Azərışıq" ASC-dən redaksiyamızın sorğusuna cavab olaraq bildiriblər ki, "elektirik cərəyanı vurması nəticəsində dünyasını dəyişən 58 yaşlı C.Vəliyev "Azərişıq"ın əməkdaşı olmayıb və baş verən hadisə Samux rayonu ərazisində qeydə alınıb".
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?