Bu gün, 28 noyabrda Ermənistan parlamentinin növbədənkənar sessiyası çağırılıb.
Gundemxeber.com bu barədə xarici mediasına istinadən bildirir.
Məumata görə, gündəlikdə bir məsələ var: “Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Aİ-nin böhranın idarə edilməsi əməliyyatlarında Ermənistanın iştirakının çərçivəsinin müəyyən edilməsi haqqında” Sazişin ratifikasiyası layihəsi.
Hökumətin fikrincə, bu saziş Ermənistana böhranın idarə edilməsində Aİ-nin təcrübə və imkanlarından yararlanmağa imkan verəcək.
“Sazişin imzalanması Ermənistan-Aİ əməkdaşlığının dərinləşdirilməsi və Ermənistanın xarici siyasətinə uyğun Avropa standartlarının həyata keçirilməsi istiqamətində praktiki addım kimi qiymətləndirilir”, - sənəddə qeyd olunur.
Qeyd edək ki, Ermənistan bu ilin 30 iyunda sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə bildiriş alıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?