Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın başlayıb.
gundemxeber.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya istinadən bildirir ki, saat 14.00-dan başlayan yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
Hazırda ərazidə yanğının söndürülməsi üçün işlər aparılır.
İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?