Gundemxeber.az » Ölkə » Kolleclərə qəbul olanların nəzərinə: qeydiyyat prosesi başlanır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesinə başlanılır.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Qeydiyyat avqustun 19-u saat 15:00-dan avqustun 31-i saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:
Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır;
Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər;
15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini “SİMA Rəqəmsal İmza” ilə açmalıdırlar.
Gundemxeber.org
14-08-2026, 11:04
25-08-2018, 11:38
21-08-2014, 12:13
10-04-2019, 14:24
10-02-2014, 12:44
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?