Gundemxeber.az » Ölkə » Üçüncü ixtisas qrupu üzrə müsabiqədə iştirak hüququ qazananların sayı açıqlanıb
İmtahan nəticələrinə əsasən III ixtisas qrupunun DT və TC altqrupları üzrə qəbul müsabiqəsində iştirak etmək hüququ qazanan abituriyentlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, III ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 20 min 805, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 24 min 653 abituriyent müsabiqədə iştirak hüququ əldə edib. III ixtisas qrupunun TC altqrupu üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 7 min 949, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11 min 142 abituriyent qəbul müsabiqəsində iştirak hüququ qazanıb.
Gundemxeber.org
23-07-2013, 19:05
13-08-2026, 15:38
30-07-2013, 19:02
13-08-2026, 15:41
15-07-2015, 15:22
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?