GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Naxçıvanın yeni inkişaf perspektivləri və strateji imkanları

Naxçıvanın yeni inkişaf perspektivləri və strateji imkanları

Tarix: 15-08-2026, 17:31 Bölmə :Ölkə Baxış: 8

 

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda yaratdığı dövlətçilik və inkişaf irsi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətlə yeni mərhələdə davam etdirilir. Naxçıvanın qarşıdakı illərdə Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrində daha mühüm rol oynayan, müasir nəqliyyat-logistika, investisiya, sənaye və turizm mərkəzlərindən birinə çevrilməsi üçün real tarixi imkanlar var. Belə ki, Naxçıvanın bugünkü inkişaf perspektivlərindən danışarkən, mən ilk növbədə bu qədim diyarın müasir dövlətçilik tariximizdə oynadığı müstəsna rolu və ən əsası isə ümummillilider Heydər Əliyevin Naxçıvanla bağlı həyata keçirdiyi tarixi missiyanı xatırlamaq istəyirəm. Çünki Naxçıvanın bu gün malik olduğu siyasi və strateji əhəmiyyətin təməlində yalnız onun coğrafi mövqeyi deyil, həm də burada formalaşmış möhkəm dövlətçilik irsi dayanır. Xatirimdədir, 1990-cı illərin əvvəllərində Azərbaycanın ən ağır siyasi, iqtisadi və hərbi sınaqlarla üz-üzə qaldığı bir dövrdə Naxçıvan da ciddi təhlükələrlə qarşılaşdı və məhz bu mürəkkəb şəraitdə və zamanda Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıdışı bölgənin taleyində həlledici dönüş nöqtəsinə çevrildi. 1990-cı ilin iyul ayında  Naxçıvana gələn Heydər Əliyev xalqın böyük dəstəyi ilə siyasi proseslərə rəhbərlik etməyə başladı və həmin dövrdə Naxçıvan dövlətçilik tariximizin mühüm siyasi mərkəzlərindən birinə çevrildi. Ulu Öndərin Naxçıvandakı fəaliyyəti yalnız muxtar respublikanın mövcud təhlükələrdən qorunması ilə məhdudlaşmır di. Elə burada qəbul edilən tarixi qərarlar Azərbaycanın gələcək dövlət müstəqilliyinin siyasi və ideoloji əsaslarının formalaşmasına mühüm təsir göstərdi. Bəli, 17 noyabr 1990-cı il tarixdə dahi şəxsiyyət, xalqının və vətəninin xilaskarı Heydər Əliyevin birbaşa  təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsi də tarixi qərar oldu. Eyni zamanda, bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması üçün Azərbaycan SSR Ali Sovetinə müraciət edildi.Bu addımlar sonradan Azərbaycanın dövlət müstəqilliyinə aparan siyasi proseslərin mühüm mərhələlərindən birinə çevrildi. 1991-ci ilin mart ayında SSRİ-nin saxlanılması ilə bağlı ümumittifaq referendumunun Naxçıvanda keçirilməməsi də Ulu Öndərin milli dövlətçilik mövqeyinin ardıcıl ifadəsi idi. Prezident İlham Əliyev də həmin dövrü Azərbaycanın müstəqilliyinə gedən yolun mühüm mərhələsi kimi qiymətləndirərək Naxçıvanda atılan bu addımların dövlət müstəqilliyinin əsasını təşkil etdiyini vurğulayıb.Naxçıvanın Türkiyə və İranla əlaqələrinin möhkəmləndirilməsi də həmin dövrdə xüsusi əhəmiyyət daşıyırdı. Çətin blokada şəraitində xarici əlaqələrin inkişaf etdirilməsi, sərhəd-keçid imkanlarının genişləndirilməsi, İranla elektrik enerjisi təminatı və nəqliyyat əlaqələrinin yaradılması Naxçıvanın regional mövqeyinin qorunmasına və iqtisadi həyatının davamlılığının təmin edilməsinə xidmət edirdi. 1991-ci ildə İranla sərhəd keçidini asanlaşdıran körpünün açılması, 1992-ci ildə İran elektrik enerjisinin Naxçıvana verilməsi və Şahtaxtı–Poldəşt keçid məntəqəsinin fəaliyyətə başlaması bu baxımdan mühüm hadisə kimi qeyd etmək istəyirğm.1992-ci il noyabr ayının 21-də Naxçıvanda doğma Yeni Azərbaycan Partiyasının təsis olunması da Azərbaycanın siyasi tarixində mühüm hadisə oldu. Tarixi şəxsiyyət Heydər Əliyevin sədr seçildiyi Yeni Azərbaycan Partiyası sonrakı mərhələdə ölkənin siyasi həyatında aparıcı qüvvə oldu.Beləliklə, qeyd etməliyəm ki, Naxçıvan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin ən mühüm mərhələlərindən birinə şahidlik etdi. Beləliklə burada qorunan dövlətçilik ənənələri sonrakı illərdə müstəqil Azərbaycanın siyasi və iqtisadi inkişaf strategiyasının əsas sütunu oldu. Naxçıvanın yeni inkişaf mərhələsi barədə vurğulamalıyam ki, bu tarixi irsin davamı olaraq bu gün Naxçıvan qarşısında tamamilə yeni inkişaf perspektivləri açılır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaradıb. Bu reallıqlar Naxçıvanın strateji əhəmiyyətini daha da artırır.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional siyasət Naxçıvanın nəqliyyat, logistika, iqtisadiyyat, turizm və investisiya imkanlarının genişləndirilməsi üçün yeni şərait formalaşdırır. Artıq Naxçıvanın gələcək inkişafına yalnız muxtar respublikanın daxili imkanları çərçivəsində deyil, daha geniş regional və beynəlxalq əməkdaşlıq kontekstində baxmaq zərurəti yaranıb. Naxçıvanın Türkiyə ilə birbaşa sərhədi, İranla mövcud əlaqələri və gələcək nəqliyyat-kommunikasiya layihələri onun Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm bağlantı məntəqəsinə çevrilməsi deməkdir. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı proseslər Naxçıvanın gələcək iqtisadi və geosiyasi rolunun formalaşmasında xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının güclənməsi bölgənin iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına, yük və sərnişin daşımalarının artmasına, yeni logistika və ticarət imkanlarının yaranmasına şərait yaradacaqdır. Əlbətdə ki, Naxçıvanın qarşısında duran əsas hədəflərdən biri onun tranzit ərazi olmaqla yanaşı,tranzit imkanlarından iqtisadi dəyər yaradan regional mərkəzə çevrilməsi olacaqdır. Bunun üçün müasir logistika mərkəzlərinin, yük terminallarının, anbar komplekslərinin, gömrük və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Nəqliyyat bağlantılarının genişlənməsi öz növbəsində sənaye, ticarət, xidmət və sahibkarlıq fəaliyyətinə yeni şərait yaradacaqdır.Naxçıvanın investisiya potensialının artırılması istiqamətində atılan addımlar da bu baxımdan diqqət çəkir. Sahibkarlara yaradılan vergi, gömrük və digər güzəştlər regionda yeni istehsal müəssisələrinin yaradılmasına və investisiya fəallığının yüksəlməsinə stimul verə bilər. Sonda Naxçıvanın gələcək iqtisadi inkişafı üçün sənaye və kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişaf etdirilməsi mühüm istiqamətlərdən. Yerli xammalın emal olunması, rəqabətqabiliyyətli məhsulların istehsalı və onların xarici bazarlara çıxarılması Naxçıvan iqtisadiyyatının şaxələndirilməsinə xidmət edə bilər. Xüsusilə kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma mərhələlərinin bölgədə həyata keçirilməsi əlavə dəyərin Naxçıvanda qalmasına imkan verəcək. Onu da qeyd edim ki, Naxçıvanın inkişaf perspektivlərində turizm də xüsusi yer tutur. Bölgənin qədim tarixi, zəngin mədəni irsi, təbii sərvətləri və unikal turizm məkanları onun beynəlxalq turizm bazarında daha geniş tanıdılması üçün böyük potensiala malikdir.Naxçıvanın gələcək uğurunun əsas şərtləndirən səbəblərdən biri də insan kapitalıdır və onun inkişafıdır. Müasir iqtisadiyyat yüksək ixtisaslı, innovativ düşüncəyə malik və yeni texnologiyalara uyğunlaşa bilən kadrlar tələb edir.Bu səbəbdən təhsil, peşə hazırlığı, rəqəmsal bacarıqlar, innovasiya və sahibkarlıq mədəniyyətinin inkişafı Naxçıvanın yeni iqtisadi modelinin mühüm komponentləri olmalıdır. Nəhayət Naxçıvanın bu gün qarşısında açılan yeni imkanları daha yaxşı anlamaq üçün onun dövlətçilik tarixindəki roluna nəzər salmaq vacibdir. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi tarixi tədbirlər, milli dövlətçilik ideyasının qorunması, üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi, muxtar respublikanın adının dəyişdirilməsi, SSRİ referendumunun keçirilməməsi və regional əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın müstəqillik tarixində mühüm iz qoyub.Bu gün həmin dövlətçilik xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və yeni miqyas qazanır. Azərbaycanın regionda artan siyasi və iqtisadi çəkisi, yeni nəqliyyat-kommunikasiya layihələri, Türkiyə ilə strateji müttəfiqlik və regional əməkdaşlığın genişlənməsi Naxçıvanın strateji əhəmiyyətini daha da artır. Bu baxımdan Naxçıvanın gələcəyi yalnız onun coğrafi mövqeyi ilə deyil, həmin mövqenin iqtisadi, siyasi və geostrateji üstünlüyə çevrilməsi ilə müəyyənləşəcək. 

Nəhayət sonda vurğulayıram ki, Naxçıvan qarşıdakı dövrdə yeni nəqliyyat və kommunikasiya imkanlarından yararlanaraq iqtisadi inkişafını sürətləndirə, regional əlaqələrini genişləndirəcək və geoiqtisadi mərkəzə çevriləcəkdir.Elə bu prosesdə Naxçıvanın davamlı inkişafına, əhalinin rifahının yüksəlməsinə və Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır.  

 YAP Saatlı, 15 s. ƏPT-n sədri,  

UNEC-n məzunu Vüqar MƏMMƏDOV


Gundemxeber.org 

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident və Birinci vitse-prezident Heydər Əliyevin məzarını ziyarət ediblər

    Prezident və Birinci vitse-prezident Heydər ...

    10-05-2021, 10:11

  • 
  • Bu gün, qurtuluş günüdür - MANAF MANAFOV YAZIR...

    Bu gün, qurtuluş günüdür - MANAF MANAFOV YAZIR... ...

    15-06-2025, 09:34

  • 
  • Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da inkişaf edəcək"

    Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə ...

    28-10-2017, 23:43

  • 
  • AMEA kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət

    AMEA kollektivi adından Azərbaycan ...

    6-04-2016, 21:29

  • 
  • Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da inkişaf edəcək"

    Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə ...

    28-10-2017, 16:09


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (593)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu