GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Tarix: 6-08-2026, 19:49 Bölmə :Ölkə / Manşet Baxış: 14

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün strateji təyinatlı polimer materiallar hazırlayan, B-2 bombardmançı təyyarələrinin radar görünməzliyini təmin edən xüsusi örtük texnologiyalarının müəlliflərindən biri kimi tanınan türk-amerikalı mühəndis Ergün Kırlıkovalının amerikalı esseist və risk nəzəriyyəçisi Nassim Nikolas Talebə ünvanladığı açıq məktub Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş Ruben Vardanyan ətrafında beynəlxalq müstəvidə yaradılan miflərə bir daha aydınlıq gətirməyə imkan verir.


Bu müraciətə iki tanınmış alimin polemikası kimi yox, daha geniş prizmadan baxmaq lazımdır. Çünki bir-birinə zidd olan iki fikir, əslində, beynəlxalq nüfuza malik tanınmış şəxslərin münaqişələrə qiymət verərkən hansı meyarları əsas tutmalı, şəxsi simpatiya və tərəfkeşliyə deyil, faktlara əsaslan ədalətli mövqe nümayiş etdirməli olduqlarını ortaya çıxarır.

Türk mühəndis, əslində, Nassim Nikolas Talebin əsərlərində təbliğ etdiyi prinsiplərə sadiq qalmadığını bütün çılpaqlığı ilə ortaya qoyub. "Qara qu quşu", sistem riskləri, yanlış narrativlər və idrakın kor nöqtələri haqqında dünyada milyonlarla oxucu qazanan müəllif Ruben Vardanyan məsələsində məhz həmin "narrativ tələsi"nə düşüb. Kırlıkovalı hesab edir ki, Vardanyanın uzun illər ərzində formalaşdırılmış "xeyriyyəçi" imici onun siyasi fəaliyyəti, maliyyə əlaqələri və Qarabağdakı roluna dair yaranmış sualları kölgədə qoyur. Məktub müəllifi Talebi emosional təsəvvürlərdən uzaqlaşmağa və Vardanyanı məhz onun özünün təbliğ etdiyi skeptik yanaşma ilə qiymətləndirməyə çağırır.

Ergün Kırlıkovalı
Kırlıkovalı Talebin Vardanyan məsələsinə görə Bakıda mühazirə oxumaqdan imtina etməsini selektiv yanaşmanın nümunəsi olduğunu vurğulayır. Onun fikrincə, yalnız bir şəxsin hüquqlarını müdafiə etmək, lakin Ermənistan-Azərbaycan münaqişəsinin bütün humanitar nəticələrini eyni həssaslıqla qiymətləndirməmək obyektiv mövqe sayıla bilməz. Məktub müəllifi vurğulayır ki, həqiqi humanizm yalnız beynəlxalq mediada tanınan fiqurlar üçün deyil, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş, həlak olmuş və yaralanmış, həmçinin uzun illər hüquqları pozulmuş yüz minlərlə insan üçün də eyni həssaslığın göstərilməsini tələb edir.

Məktubun ən diqqətçəkən hissələrindən biri isə Talebin ictimai nüfuzunun hansı məqsədlə istifadə olunması ilə bağlı irəli sürülən tənqiddir. Kırlıkovalının qənaətincə, dünyada böyük auditoriyaya malik bir intellektualın Ruben Vardanyanı "siyasi məhbus" kimi təqdim etməsi onun törətdiyi əməllərin beynəlxalq müstəvidə kölgədə saxlanılmasına xidmət edir.

Türk mühəndis bu gün Ruben Vardanyan barədə beynəlxalq ictimai rəydə formalaşdırılan saxta obazı darmadağın edərək onun separatizm, regional təhlükəsizlik, beynəlxalq maliyyə əlaqələri kontekstində dəyərləndirilməli olduğunu diqqətə çatdırır.

Vardanyan illərdir əlindəki maliyyə rıçaqlarından istifadə edərək fərqli imic formalaşdırsa da, Bakıda keçirilən məhkəmə prosesi və toplanan faktlar onun fərqli fəaliyyətlərlə məşğul olduğunu üzə çıxarıb. Məlum olub ki, beynəlxalq mediada vaxtaşırı "xeyriyyəçi" kimi təqdim edilən Vardanyan, əslində, separatçılığı və terroru dəstəkləyən, onu maliyyələşdirən, bölgədə sülh prosesinə mane olmağa çalışan, nəzarətsiz ərazilərin təbii sərvətlərini talamaqla sərvət toplayan bir şəxsdir.

Məhz bu faktlara görə də Kırlıkovalı Talebə ünvanlıdığı məktubda məsələyə daha geniş prizmadan baxmağı, şəxsi simpatiyanı kənara qoymağı tövsiyə edir.

Vardanyan üçün "filantrop" imici formalaşdıran çevrələr nədənsə onun "səxavəti"nin mənbəyi barədə susmağa üstünlük verirlər. Çünki bu şəxsin adı təkcə Azərbaycana qarşı cinayətlərdə deyil, həm də beynəxlaq araşdırmaların predmetinə çevrilmiş qalmaqallı maliyyə fırıldaqları və Rusiya siyasi-biznes elitası ilə sıx əlaqələrlə gündəmə gəlib.

Nassim Nikolas Taleb
Yeri gəlmişkən, təkcə beynəlxalq araşdırmaçı jurnalistlər şəbəkəsi OCCRP-nin "Troika Laundromat" araşdırması "xeyriyyəçi" Vardanyanın realda kim olduğunu açıq-aşkar göstərir. Həmin araşdırmada Ruben Vardanyanın uzun illər rəhbərlik etdiyi "Troika Dialog" investisiya bankı ilə əlaqələndirilən geniş maliyyə şəbəkəsinin milyardlarla dolların ofşor şirkətlər vasitəsilə müxtəlif istiqamətlərə yönəldilməsində rol oynadığı ifşa edilib. OCCRP-nin qənaətinə görə, bu mexanizm yalnız kommersiya əməliyyatlarına deyil, həm də nüfuzun formalaşdırılması, siyasi təsir imkanlarının genişləndirilməsi və vəsaitlərin mürəkkəb maliyyə sxemləri vasitəsilə hərəkətinə xidmət edib.

Son illərdə Qərb mediasında və analitik mərkəzlərin hesabatlarında Vardanyanın Rusiya hakim dairələri ilə uzun illər formalaşmış münasibətləri, onun biznes şəbəkəsinin Kremlə yaxın oliqarxiya və siyasi elita ilə əlaqələri, eləcə də müxtəlif şirkətlərinin Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən qurumlarla mümkün əlaqələri barədə iddialar da müzakirə olunub.

Bu prizmadan baxanda görmək olar ki, Vardanyanın 2022-ci ildə birdən-birə Rusiya vətəndaşlığından imtina etməsi, qanunsuz yolla Azərbaycan ərazisinə keçməsi, həmin vaxt Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan Qarabağda qurulmuş separatçı rejimin rəhbərliyinə gətirilməsi və digər fəaliyyətləri heç də onun özünü millətinə fəda etmək niyyətindən irəli gəlmirdi.

Vardanyanın Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına qarşı sərt ritorikasının da təsadüfi olmadığı və geosiyasi oyunların tərkib hissəsi olduğu üzə çıxır. Görünür, ona ayrılan missiya da elə sülhə mane olmaqdan ibarət idi. Onun fəaliyyəti separatçı rejimin dayanıqlılığını uzatmağa, 44 günlük müharibədən sonra bölgədə yaranmış sülh imkanlarının reallaşmasına mane olmağa xidmət edən amildən başqa bir şey deyildi.

Maraqlıdır ki, Rubenin həbsindən sonra başlayan qanuni məhkəmə prosesləri və onun fəaliyyətinin faktlarla ifşasından sonra ailəsi beynəlxalq informasiya məkanına maliyyə rıçaqları ilə nüfuz edərək Azərbaycan əleyhinə kampaniyalara start verdi. Xüsusilə, onun arvadı Veronika Zonabend və oğlu David Vardanyanın əsas məqsədi Rubeni "siyasi məhbus" kimi təqdim etmək idi. Amma özlərini məzlum kimi təqdim edən bu ailə fərdlərinin adı paralel olaraq yenidən maliyyə şəbəkələri ilə bağlı hallanmağa başladı. Beynəlxalq mediada dərc olunan korrupsiya araşdırmalarında Ruben Vardanyanla əlaqələndirilən "Digimarket" şirkətinin Rusiyada yenidən qeydiyyata alınması zamanı sahibi kimi Veronika Zonabendin göstərildiyi bildirilir. Bu fakt vaxtilə OCCRP-nin "Troika Laundromat" araşdırması ilə gündəmə gələn mürəkkəb ofşor maliyyə şəbəkələri və Vardanyanın biznes əlaqələri barədə müzakirələri yenidən aktuallaşdırıb.

Yekun olaraq, deyə bilərik ki, türk mühəndis Ergün Kırlıkovalının Nassim Talebə ünvanlandığı məktub, əslində, ölkələrin hüquq-məhkəmə sistemləri və suveren ərazilərinə hörmətlə yanaşılmasının vacibliyi kimi prinsipləri yenidən nəzərdən keçirməyə sövq edir. Ruben Vardanyan işi göstərdi ki, beynəlxalq aləmdə formalaşdırılan hər bir siyasi və ya humanitar obraz arxasında dayanan faktlar, hüquqi sənədlər və real fəaliyyət ayrıca qiymətləndirilməlidir. Dezinformasiya kampaniyaları hətta dünyanın ən nüfuzlu simalarının iştirakı ilə keçirilsə belə, hüquqi prosesləri kölgədə qoya bilməz və qoymamalıdır.(Report)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır

    7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır ...

    5-07-2017, 12:10

  • 
  • Rusiya təyyarəsi türk əsgərlərini öldürüb

    Rusiya təyyarəsi türk əsgərlərini öldürüb ...

    10-02-2017, 12:04

  • 
  • Türk admiralı Qarabağda müharibə riski haqda: “Maksimum ehtiyatlı olmaq lazımdır...”

    Türk admiralı Qarabağda müharibə riski haqda: ...

    17-02-2016, 13:20

  • 
  • Malidə girov saxlanılan "Türk Hava Yolları"nın 5 əməkdaşı azad edildi

    Malidə girov saxlanılan "Türk Hava ...

    20-11-2015, 17:03

  • 
  • Əliyev rusların “Vardanyan planı”ndan niyə indi danışdı? - AKTUAL

    Əliyev rusların “Vardanyan planı”ndan niyə indi ...

    18-11-2022, 16:28


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (593)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu